1 ... 111 112 113 114 115 116 117 118 ... 318

Iii. Uluslararasi - səhifə 115

səhifə115/318
tarix14.12.2017
ölçüsü6.81 Mb.

269

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

obrazlarını tərənnüm edən yeni şəhər 

poeziyasının təmsilçisi idi.

*

O,  ilk  məşhur  Azərbaycan  şairəsi, 

ilk  şahmatçı  qadın,  ilk  görkəmli 

qadın  musiqiçimizdir.  Rəvayətlərə 

əsasən,  Məhsəti  Gəncənin  Xərabat 

məhəlləsində 

(Londonda 

sufı 


Nemətullahilər  cərəyanının  əsasını 

qoymuş  doktor  Cavad  Nurbəxş 

«xərabat»  sözünü  «Taweqn  of  Ruins» 

şəklində  tərcümə  edərək,  bu  anlayış 

altında  sufılərin  toplandıqları  yeri 

nəzərdə  tutur)

**

  yaşamış,  vaxtını 

qonaqlıqlarda,  musiqi  məclislərində 

keçirmişdir. Bir müddət o, böyük Sultan 

Səncərin  sarayında  yaşamış,  onun 

qəbullarında və burada keçirilən ədəbi 

məclislərdə iştirak etmişdir. Azərbaycan 

ədəbiyyatşünaslarının  son  tədqiqatları 

göstərir  ki,  Məhsəti  Gəncəviyə  həsr 

olunmuş «Dastan» əsərinin müəllifı XIII 

əsrdə yaşamış Azərbaycan şairi və alimi 

Abdulla Cövhəri Zərgər Təbrizidir.

***

Bu  əsərdə  20  yaşlı  Məhsətinin 

savadı,  gözəlliyi,  məlahətli  səsi  və  poetik  istedadı  ilə  müsəlman  dünyasının  bir 

çox  ölkələrində  nüfuz  və  rəğbət  qazanması  haqqında  söhbət  açılır.  Xərabatda 

Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar, həm də tacirlər 

Gəncəyə gəlirdi. O dövrün musiqi sənəti və musiqi mühiti ilə tanışlıq üçün dastanda 

Gəncə  şahının  Məhsətinin  şərəfinə  verdiyi  ziyafətin  təsviri  də  maraqlıdır.  Burada 

musiqi bir qayda olaraq, cəngdə, udda, bərbətdə, neydə və tənburda ifa olunur. 

Bu da həmin dövrdə mövcud olmuş musiqi alətləri haqda bizə məlumat verir. Eyni 

zamanda buradan aydın olur ki, Məhsəti həqiqətən musiqi aləmi ilə sıx bağlı idi.

Məhsəti Gəncəvinin həyati haqqında məlumat çox azdır. Onun tarixi şəxsiyyət 

olub-olmaması,  Ömər  Xəyyamdan  əvvəl  və  ya  sonra  yaşaması,  harada  anadan 

olması,  adı  haqqında  müxtəlif  mübahisəli  fikirlər  vardır.  Ədəbiyyatşünasların 

apardığı  tədqiqatlar  Məhsəti  Gəncəvinin  təqribən  XI  əsrin  axırlarında  Gəncədə 

doğulduğunu, mükəmməl təhsil aldığını, Şərq ədəbiyyatı və musiqisinə yaxından 

bələd olduğunu göstərir. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi 

təxəllüs  kimi  götürmüşdü.  Həmin  təxəllüsün  mənşəyi  barədə  bir  neçə  rəvayət 

vardır.  Bunlardan  birində  deyilir  ki,  guya  Sultan  Səncərlə  söhbətlərindən  birində 

Mənicə  öz  mühitində  hamıdan  kiçik  və  görünməz  olduğunu  söyləyir.  Sultan  isə 

onunla razılaşmayıb deyir ki, «to, meh-həsti» (yəni, «sən hamıdan böyüksən»). Və 

guya «meh-həsti»-»məhsəti»yə çevrilib, onun təxəllüsü olur.

Abbasqulu  ağa  Bakıxanovun  «Gülistani-İrəm»  əsərinin  «Nəticə»  adlanan 

hissəsində irəli sürülmüş fərziyyəyə görə, «Məhsəti» «mah» və «səti» olmaqla iki 

sözdən ibərətdir və «böyük xanım» anlamına gəlir. [3] Nəhayət, başqa bir ehtimala 

* www.wikipedia.org

** www.sufizm.net

*** “Məhsəti Gəncəvinin rübayiləri” Azərbaycan dövlət nəşriyyatı. Bakı 1957.

Məhsəti Gəncəvi 

XII əsrdə yaşamış mənşəcə 

Azərbaycan türklərindən 

olan şairə, əxilik sufi məktəbinin 

nümayəndəsi

270

III BEYNƏLXALQ HƏMZƏ NİGARİ

TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMU

əsasən, bu ad «Mah» və «səti» («Ay xanım») sözlərindən düzəlib (Nizami Gəncəvinin 

Məhin Banusu (Xosrov və Şirin) da bunun analoqudur).

Lakin uzun illər Məhsəti Gəncəvi barədə ya səhv məlumatlar olmuş, ya da onun 

mifik bir obraz olduğu güman olunmuşdur.

Məhsəti ilk böyük qadın şairimiz olmaqla yanaşı, həm də ilk qadın şahmatçımızdır.

Təsadüfı deyil ki, «Məhsəti və Əmir Əhməd» əlyazmasının Britaniya kitabxanasında 

saxlanılan  nüsxəsinə  çəkilmiş  miniatürlərdən  birində  şairə  Xətib  oğlu  ilə  birgə 

şahmat taxtası arxasında təsvir edilmişdir.

Məhsəti Gəncəvi yaradıcılıgı musiqi aləmi ilə sıx baglıdır. O, rəqs, qanun, cəng, 

bərbəd  və  digər  simli  musiqi  alətlərindən  dərs  demiş  və  özü  bu  alətlərin  mahir 

ifaçısı olmuşdur.

Bir  çox  mənbələrdə  Məhsətinin  dahi  şairimiz  Nizami  Gəncəvi  ilə  yaxın 

tanışlığından bəhs edilir. Akademik Araslının ehtimalına görə dahi Azərbaycan şairi 

Nizami Gəncəvinin bir neçə əsərləri məhz Məhsəti Gəncəviyə həsr edilib.

Təbii ki, Məhsətinin musiqici olması haqqında nəinki Nizami yaradıcılığından, 

hətda onun öz rübayilərindən də məlumat alırıq. Məhsətinin musiqi eşqi onun bir 

çox misralarında özünü biruzə verir. Belə misralardan biri belədir:

Sənə dəm verərəm gül rüxsarımdan 

Qara zülflərimdəm, şux yanagımdan.

Məst ayıq ya xumar rəqs eyləyərəm,

Cəng calıram qarşında hər an.

****

Onu da qeyd etmək lazımdır ki, sözü edilən cəng simli musiqi alətidır. Azərbaycan 

arxeoloqlarının araşdırmalarından belə məlum olur ki, çəngin respublikamızda ilk 

tapıntıları eramızdan əvvəllərə aid edilir. Şərq əfsanələrində bu alətin ilahi qüvvə 

tərəfindən yaradıldığı deyilir. Hətta onu «Müqəddəs mələk» də adlandırırdılar.

*****


 

Üzərinə balıq və ceyran dərisi çəkilən çəng alətinin ifa tərzi arfada olduğu kimi sağ 

və sol əllərin barmaqları ilə çalınır. Məhsəti isə çəng alətini belə təsvir edir:

Sazın ipək telli xoş avaz almış,

Çəngin qulağına halqalar salmış,

Zil pərdədən qalxan nəğmələr gözəl,

Çəngin ətəyində nazlanır qəzəl.

Məhsəti rübayilərindən aydın olur ki, cəng musiqi aləti XII əsr şah saraylarının 

bəzəyidir və bu alətin ifacılarına böyük hörmət bəslənilir:

Şahlar kef günündə qaldırar badə, 

Xoşdur cəng səsləri gəlsə fəryada,

Şadlıq sevər əlim, göndə saxlama,

Zərə tut belə bir əl dünyadə.

******


Məhsətinin daha bir alətdə - bərbətdə çaldığı da onun şeirindən məlum olur:

Məclisdə işarət başlayan zaman

Çaldılar çəng ilə bərbəti haman,

Bərbətlə çəng səsi axıb müxtəsər,

Tük ilə rəng kimi birləşmişdilər.

Bərbət isə ud tipli alətdir. Hər iki alətin birgə ifası həzin təranə yaradır.

Təzkirələrdə  yazılanlara  görə  Məhsəti  Gəncəvi  həm  də  gözəl  qanun  ifaçısı 

olmuşdur. Azərbaycanın çox qədim musiqi alətlərindən olan qanun Yaxın və Orta 

Şərqdə, eləcə də, ölkəmizin ərazisində tarixən geniş yayılmış bir alətdir. Orta əsrlərdə 

**** “Məhsəti Gəncəvinin rübayiləri” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1957,rübayi-53

***** www.azeri-art.com

****** “Məhsəti Gəncəvinin rübayiləri” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1957,rübayi-46



:

userfiles
userfiles -> Türk diŞhekimleri BİRLİĞİ
userfiles -> Q: My business travel is really upsetting both my work and home life. Twice a month I fly from the west coast to the east for business. I have no choice
userfiles -> 1. scada sisteminə istismar və texniki dəstək göstərəcək scada/Avtomatika üzrə mühəndis: Peşə təlimatının qısa təsvirinə dair məlumat
userfiles -> Konflikt w miejscu pracy Paweł Koch
userfiles -> Dərman vasiTƏSİNİN Əlavə TƏSİRİ haqqinda biLDİRİŞ karti
userfiles -> Biedrība „Gaismas stars” metodiskais materiāls apmācības programma „Psihiatrijas pakalpojumu lietotāju tuvinieku atbalsta – izglītojošās grupas”


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ii-blm---ankara.html

ii-blm--esep-ajirisu.html

ii-blm--neke-institutini.html

ii-blm--zheke-pnderd-oitu.html

ii-bob---1--orta-asrlar.html