1 ... 109 110 111 112 113 114 115 116 ... 146

F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi - səhifə 113

səhifə113/146
tarix06.05.2018
ölçüsü3.54 Mb.

340 

 

Bu tarixi unutmayaq 

2 Oktyabr – Xocavənd rayonunun işğalı günü, (1992) 

“Düşmən Azərbaycana məqsədli şəkildə vurduğu bu ziyanın əvəzini mütləq 

alacaq, Qarabağ torpağı düşmən tapdağı altında qalmayacaq!” 

                                                                                       

Ümummilli lider Heydər Əliyev 

 

    Xocavənd  rayonu  1991-ci  ildə  Martuni  və 

Hadrut  rayonlarının  bazasında  yaradılıb. 

Ərazisi  1458  kvadratkilometr  olan  rayonda  1 

şəhər,  2  qəsəbə,  81  kənd  olub.  Xocavəndin 

azərbaycanlılar  yaşayan  Tuğ  və  Salakətin 

kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd 

kəndi noyabrın 19-da, Naxullu kəndi isə 1992-

ci  il  yanvarın  9-da  işğal  edilib.  1992-ci  il 

fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl 

soyqırım  aktı  həyata  keçiriblər.  Hər  tərəfdən  əlaqəsi  kəsilən  Qaradağlıya  hücum 

edən  ermənilər  kəndi  yandıraraq,  dinc  sakinlərə  amansızlıqla  divan  tutublar.  800 

nəfərdən  çox  sakini  olan  kənddə  işğal  zamanı  118  nəfər  əsir  götürülüb,  33  nəfər 

güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna 

tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfər öldürülüb, 

50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Kənddə 200 ev, bir mədəniyyət 

evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər 

dağıdılıb.  1992-ci  il  oktyabrın  2-də  rayonun  Əmirallar,  Muğanlı  və  Kuropatkin 

kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri ermənilər 

tərəfindən  işğal  edilib  və  yandırılıb.  Düşmənə  qarşı  mərdliklə  vuruşan 

xocavəndlilərin 145 nəfəri şəhid olub. Zəngin  təbii sərvətləri, abidələri olan qədim 

yaşayış məskənlərindən sayılan Xocavənd son 20 ildə ermənilər tərəfindən talanıb, 

abidələr  dağıdılıb,  zəngin  təbii  meşələr  qırılaraq  məhv  edilib,  nadir  bitki  və  ağac 

növlərinin kökü kəsilib.  

Prezident  İlham  Əliyevin  tapşırığı  ilə  Qaradağlı  faciəsi  haqqında  həqiqətlərin 

dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər xeyli iş görülüb. 2008-ci il 

oktyabrın 4-də Beyləqan rayonunda xocavəndlilər üçün salınan qəsəbənin açılışında 

iştirak edən Prezident İlham Əliyev demişdir ki, bu faciə haqqında hamı bilməlidir. 

Artıq Qaradağlı faciəsindən bəhs edən “Soyqırım – Qaradağlı” adlı film çəkilib, bu 

istiqamətdə  tədbirlər  indi  də  davam  etdirilir.  Xocavəndlilər  inanırlar  ki,  Prezident 

İlham Əliyevin məqsədyönlü siyasəti, qətiyyəti sayəsində Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, işğal altında olan bütün ərazilərimiz azad 

ediləcək, qətlə yetirilən günahsız insanların qanı yerdə qalmayacaq.  

İnternetdə: 

www.books.google.com 



341 

 

29 Oktyabr – Zəngilan rayonunun işğalı günü, (1993) 

    “Zəngilanda Azərbaycan xalqının milli 

mədəniyyətini  əks  etdirən  tarixi  abidələr 

var.  Azərbaycan  xalqının  həyatını  əks 

etdirən  tarixi  hadisələr  baş  vermişdir. 

Zəngilanda keçmiş əsrlərdə də xalqımızın 

çox hörmətli, dəyərli insanları yaşayıblar, 

yaradıblar və beləliklə də Zəngilan həm öz 

təbiətinə  görə  həm  o  torpaq  üzərində 

insanların  qurduqlarına,  yaratdıqlarına 

görə  və  bugünkü  nəsillərə  çatdırdıqları  

irsə  görə  Azərbaycanın  qiymətli  bir 

diyarıdır, qiymətli bir hissəsidir”. 

                                                                                   

Ümummilli lider Heydər Əliyev

 

Zəngilan ərazisi  ən  qədim  insanların  yaşayış  məskənlərindən hesab  olunur. Bu 

ərazidə mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai 

insanların  yaşayışından  xəbər  verir.  Zəngilan  rayon  kimi  1930-cu  ildə  təşkil 

edilmişdir. Rayonun sahəsi 707 kvadratkilometr, əhalisi isə 35.351 nəfər olmuşdur. 

Rayonda  bir  şəhər,  bir  şəhər  tipli  qəsəbə,  bir  qəsəbə,  81  kənd  var  idi.  Mərkəzi 

Zəngilan şəhəridir. XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir 

dövr kimi yazıldı. Təqvimimizdə daha bir qara günün sayı artdı – 29 oktyabr (1993-

cü  il)

  

Zəngilan  müharibə  alovunun  qasırğasını  1990-cı  ildən  daha  tez-tez  hiss 

etməyə  başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov 

götürürdülər.  Xronoloji  ardıcıllığa  qısa  nəzər  yetirək:

  

1992-ci  ilin  yanvar  ayının 

sonunda  ermənilərin  Zəngilana  mütəşəkkil  hücumları  başlayır.  Fevralın  1-də 

Günqışlaq,  Qazançı,  Dərəli  və  Vejnəli  kəndlərinə  basqın  edirlər  və  bu  kəndlər 

düşmənin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə 

də, Seyidlər kəndi mühasirədə qalır. İyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. 

Oktyabrın  20-də  ermənilərin  döyüş  təyyarələri  rayon  mərkəzini  bombalayır. 

Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji 

yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur...  

Zəngilanda  nəyimiz  qaldı?  Zəngilan  boyda  Vətən!

  

Dünyada  ikinci,  Avropada 

birinci nadir çinar meşələri, torpaq üzərində olan bütün var-dövlət, 67 məktəb, 56 

kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 2 şərab 

zavodu, konserv zavodu, dəmir yol deposu...

 

Zəngilan rayonunda erməni təcavüzü 

nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər 

polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq 

zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə 

müharibə əlilidir.  

İnternetdə: 

www.books.google.com 



:

dosyalar
dosyalar -> Hasta anamnez ve tedavi karti hastanın
dosyalar -> Diyabetin tanısı ve taraması ile ilgili bilgi vermek
dosyalar -> Vajinal kanamalar ve vajinal kanamalı hasta yönetimi ile ilgili bilgi vermek
dosyalar -> Ortopedik ve travmatoliJİk arizalar
dosyalar -> Araştırma Makalesi Research Article


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


by-andrew-a--burbidge-and.html

by-captain-sir-richard-f--2.html

by-captain-sir-richard-f--7.html

by-councilmember-fielkow.html

by-doing-so--it-also.html