1 ... 7 8 9 10 11 12 13 14 ... 77

Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol - səhifə 11

səhifə11/77
tarix13.11.2017
ölçüsü2.64 Kb.

:

Kitab -> 2017
2017 -> []
2017 -> Dövlətin intuitiv təfəkkürlə idarə olunması
2017 -> İnsan və təbiət silsiləsindən
2017 -> Mehdi Calal

34


varlıqlara aiddir. Müxtəlif qrupdakı varlıqların informasiya stili də 
müxtəlifliyi ilə seçilə bilər. Ancaq ən ümumi halda mövcudluqla-
rın  hamısını  duymaq  mümkündür.  Həm  də  varlığın  nüfuz  etmək 
dərəcəsi onların mövcudluğunun tarixiliyi ilə də müəyyən dərəcə-
də bağlıdır. Çünki tarixin sınağından keçdikcə hər hansı bir varlıq 
müəyyən təkamül prosesi də keçirir. Təkamül prosesi isə hər hansı 
bir varlığın daha da yetkinləşməsi deməkdir. Telepatik uğur isə yal-
nız daha çox nüfuz etməyi bacaran, tarixən daha yetkinliyi sayəsin-
də dərrakəsi müəyyən qədər inkişaf etmiş varlıqlarda ola bilər. 
Telepatiya uzaqdan fikir götürməkdir ki, bu da müəyyən intuisi-
yaya malik kəslərdə olur. Bütün varlıqlar, o cümlədən insan müxtə-
lif səbəblər toplusunun məhsuludur. Lakin səbəblər özü də iki qrupa 
ayrılır: – böyük nəticələr yaradan səbəblər; kiçik nəticələr yaradan 
səbəblər.  Böyük  nəticələr  yaradan  səbəblərə  ilk  təkan,  müxtəlif 
varlıqlar qrupunun yaranması, yəni mövcudiyyətin – maddi aləmin 
yaranması  və  sairə  daxildir.  Kiçik  nəticələr  yaradan  səbəblər  isə 
qruplar arasında olan fərdlərin fəaliyyəti və sairədir. İnsan qrupu-
nun yaranması böyük səbəblərə aiddir. İnsanın özünü fərdi götür-
dükdə, o, böyük səbəblərdən yaranan kiçik səbəblərin nəticəsidir. 
Deməli, daha güclü nüfuzedici bir obyekt, başqa sözlə, hər hansı 
bir kəs ayrıca bir fərdin, yəni bir insanın müəyyən yaşayış anından 
onun keçmişinə nüfuz etsə çoxlu sayda səbəb-nəticə ardıcıllığının 
onun  həyatında  qoyduğu  izlərin  şahidi  olar  və  ya  əksinə,  həmin 
şəxsin gələcəyinə nüfuz edilsə, həmin şəxsin gələcək taleyi barədə 
müəyyən fikir söyləmək olar. Əsasən insanların gələcəyinə baxı-
landa böyük səbəblər qrupunun onun həyatındakı təsirləri nəzərdə 
tutulur. Çünki insan şüura və ağıla malik olduğu üçün o öz taleyin-
də kiçik səbəbləri dəyişə bilər. İnsanın keçmişinə də nəzər saldıqda 
həmin şəxsin taleyində böyük səbəblər qrupu araşdırılır. Həm də 
bu yol artıq həmin şəxs tərəfindən keçildiyi üçün onun öz keçmi-
şi haqqındakı informasiyaları özününküləşdirməklə həmin şəxsin 
keçmişi haqqında daha dolğun fikir söyləmək mümkündür. Gələ-
cək haqqında da həmin şəxsin informasiyalarını özününküləşdirib 
onun düşüncələrinə uyğun fikir söyləmək olar, lakin bu fikir onun 

35


bu an üçün düşüncələrinin məhsuludur. Tam dolğun fikir söyləmək 
üçün isə artıq onun düşüncələrinə təsir edən ən xırda səbəbləri belə 
aydınlaşdırmaq lazımdır ki, bunun üçün uzun müddətli vaxt, yəni 
həmin şəxsin müəyyən müddətdə nəzərdə tutulmuş vaxta qədərki 
ömrünü yaşamaq lazımdır, bu isə mümkün deyildir. Deməli, keç-
miş haqqında tam dolğun məlumat söyləmək mümkündür. Çünki 
orda hər an üçün milyardlarla səbəblərdən biri yaşanıb və tarixə 
çevrilib, gələcək üçün isə yalnız ümumi məlumatlar vermək olar. 
Çünki  daha  böyük,  insanlar  və  başqa  varlıqlar  tərəfindən  qarşısı 
alına bilinməyən səbəblərə görə fikir söylənilir. 
Bizim keçmişimiz də gələcəyimiz kimi səbəb-nəticə ardıcıllığı-
nın nəticəsi olmuşdur. Keçmişi ona görə asan xatırlayırıq ki, o yol 
artıq  keçilmişdir.  Əslində  müəyyən  şərtlər  daxilində  gələcəyi  də 
görmək mümkündür. Buradan ümumi bir nəticə də çıxır: – digər-
lərinin həyatı haqqında nə isə demək üçün onun informasiyalarını 
müvəqqəti özününküləşdirməyi bacarmalısan, yəni o obyektin ha-
lını yaşamalısan. Belə bir halı yaşamaq üçün isə güclü nüfuzedici 
olmalısan. Bunun üçün isə güclü informasiyaya malik dərrakə sa-
hibi olmaq lazımdır. Bəzən xeyli insanlar belə bir vəziyyətə yaxın 
olurlar, Onlar öz zəhmətləri hesabına həyatdan öyrəndikləri bilik-
lər toplusu ilə özlərini belə vəziyyətə çatdıra bilərlər. 
Böyük yaradan zəhməti qiymətləndirir. İnsan keçmiş və gələ-
cək haqqında informasiyaları qəbul etmək üçün bu gün haqqında 
daimi  gələn  informasiyaları  nisbi  sükunətlə  qarşılamağı  bacar-
malıdır. Yaşanan an üçün gələn informasiyalar həmişə güclü olur. 
Həm də yaşanan an üçün gələn informasiyalar o an üçün nəticə 
yaradan  müxtəlif  səbəblər  deməkdir  ki,  bu  səbəblərin  təsirindən 
öz mövcudluğunu qoruyan bir varlıq kimi səndə müəyyən hal ya-
ranmalıdır. İnsan isə demək olar ki, həmişə öz halını yaşayır, yəni 
öz halından gələn informasiyaları qəbul edir. Başqasının keçmişi 
və  gələcəyi  haqqında,  ümumiyyətlə,  keçmiş  və  gələcək  haqqın-
da  məlumatlanmaq  üçün  indiki  informasiyaları  qəbul  etməmək, 
yəni təsirlərə cavab verməmək, bir sözlə, öz indiki halını unutmaq  
lazımdır. 

36


Hər  kəs  öz  keçmiş  xatirələrini  və  gələcək  arzularını  yaşama-
ğı bacarır, belə anlarda onlar öz indiki, yaşadığı hallarını unudur-
lar. Başqalarının keçmiş və gələcəyinə nüfuz etmək üçün onların 
keçmişinin  və  gələcəyinin  halını  özününküləşdirməyi  bacarmaq 
lazımdır. Bu isə bir neçə mərhələdən keçir: – birincisi, öz halını 
tamamilə unutmaq, yəni nə indini, nə keçmişini, nə də gələcəyini 
yaşamamaq, üstəlik qarşındakı obyektin indiki halını özününküləş-
dirib, sonra onu da yaşamamaq, bundan sonra həmin obyektin, yəni 
həmin  insanın  keçmişini  və  ya  gələcəyini  yaşamaq  və  müəyyən 
fikir söyləmək olar. Bu hökmən belə olmalıdır. Əks təqdirdə sən 
başqalarının düşüncələrini yaşamaq üçün heç bir tədbir əldə edə 
bilməzsən. Bütün bu söylənilənlər yeni nəticədə belə bir vəziyyətə 
gətirib çıxarır ki, hər hansı bir kəsin halını yaşamaq, yəni ona nü-
fuz etmək həmin şəxs üzərində hökmranlıq edən bir qüvvə olmaq 
deməkdir. Burada bir həqiqət var, yəni son nəticədə sən onu müəy-
yən işlərə təhrik də edə bilərsən. Lakin insanlarda bədən quruluşu 
və onunla bağlı imkanlar elə səviyyə yarada bilmir ki, insanlar tam 
intuisiyaya və özü kimi bir başqasının üzərində tam nəzarətə malik 
olsunlar. Düzdür, hipnoz vasitəsi ilə insanları müəyyən hərəkətlər 
etməyə məcbur etmək olur, lakin bu sənin ona təlqin etdiyin bir 
haldır, sən ona onun öz halı əvəzinə təlqin etdiyin halı yaşadırsan, 
bu başqa şeydir. Lakin sən başqalarının halını yaşamaqla, onun ha-
lını yaşatmaq, yəni özününküləşdirmək vasitəsi ilə onun halını sən 
yaşaya-yaşaya onun düşüncələrini duymaq bu, başqa şeydir. 
Birinci vəziyyəti hipnoz vasitəsi ilə çox adam edə bilər. İkinci 
halı isə yalnız tam intuisiyaya malik varlıqlar edə bilər. İnsanlarsa 
ancaq ibtidai intuisiyaya malik olduğundan onların bəzilərində bu 
intuitivlik müəyyən bir və ya bir neçə sahədə bir az başqalarından 
artıq olur və onlar bu intuitivliyə əsasən başqalarından daha artıq 
nüfuz edə bilərlər. Onlarda intuisiya hansı sahədə daha güclüdürsə, 
o sahədəki müvəffəqiyyətləri də o qəbildən daha artıq olur. 
İnsanların imkanları tam intuitivliyə malik olmaqdan məhdud-
dur. Lakin güclü nüfuz etməklə insanların düşüncələrinə hakim kə-
silməyə nail olmaq olar. 


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


baykal-olay-sorular-.html

baylor-college-of.html

bayndrlk-ve-skn.html

bayqula-tanlq---allahn-ad.html

bayraimiz-etkinlik-tr--.html